"Türkiyə diz çökdü" deyənlərə Feyzioğludan gözəl cavab

20 Oktyabr 2019 12:10

Biz ən gözəl cavabı meydanda verdik. Bizim ümidsizlər, hər şeyə pis baxanlarımız yenə razı olmazlar. Türkiyə Silahlı Qüvvələri 8 gün ərzində bir möcüzə yaratdı. Təxminən 1 500 kvadrat kilometrlik bir torpaqda 60 yaşayış məntəqəsinin nəzarətini ələ keçirdi.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mətin Feyzioğlu bildirib.

M.Feyzioğlu hələ də Türkiyədə əməliyyatı qınayanların olduğunu söyləyib:

"Vaşinqton Post"a baxırsınız, "Türkiyə qələbə qazandı" yazırlar, Türkiyədə isə "Türkiyə diz çökdü" deyirlər. Biz müharibə aparmırıq, terrorla mübarizə üçün gedirik. "Sonunda bu işi biz görəcəyik", demişdik".

Milli.Az