İranı 18.4 milyard dollara yola gətirmək cəhdi

20 Oktyabr 2019 11:28

Yaponiya və Fransa hakimiyyətləri İrana 18.4 milyard dollar borc verilməsi planını razılaşdırıblar.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu qədər pulun əvəzində İrandan nüvə razılaşmasının şərtlərinə tam əməl etmək tələb olunur. Vəsait isə ərzaq və dərman alınmasına sərf ediləcək. Kreditə dair qarantiya isə İranın neft ehtiyatları hesabına təmin olunacaq.

Bildirilir ki, Paris artıq bir neçə ay əvvəl tehrana 15 milyard dollar kredit təklif etmişdi, amma İran bu məbləği yetərli hesab etməmişdi və sanksiyalar nəticəsində məruz qaldığı itkilərə görə daha çox vəsait istəmişdi. İndi həmin plana Yaponiya hökuməti də qoşulur. Tokioda hesab edirlər ki, bu plan ABŞ-la İran arasında danışıqların başlanmasına da kömək edə bilər.

Milli.Az