Berlində qatarda yanğın: xəsarət alan var - VİDEO

20 Oktyabr 2019 09:15

Almaniyanın paytaxtı Berlində qatarın vaqonlarından birində yanğın olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şəhərin yanğın xidmətinin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Uzaq yol gedən qatarın vaqonu yanıb. Üç nəfər yüngül xəsarət alıb".

Qeyd edilir ki, insident "Belvü" stansiyasında baş verib. Yanğının səbəbi barədə məlumat verilmir.

Milli.Az