Niger oğul Qəzzafiyə siyasi sığınacaq verdi

12 Noyabr 2011 09:43
Anspress xəbər verir ki, Niger dövləti Liviyanın sabiq lideri Müəmmar Qəzzafinin oğlu Sədi Qəzzafiyə siyasi sığınacaq verib. Bu barədə məlumatı Cənubi Afrikada səfərdə olan Niger prezidenti Mahamadu İssufu mətbuata açıqlamasında verib. İssufu bu addımı tamamilə humanitar səbəblərlə atdıqlarını deyib. Prezident həmçinin Seyf əl İslamın ölkəsində olmadığını da qeyd edib.

Xatırladaq ki, 38 yaşlı Sədi Qəzzafi avqust ayında qiyamçılar paytaxt Tripolini ələ keçirdiyi vaxt Nigerə qaçmışdı. Liviya futbol federasiyasının prezidenti olan Sədi İtaliyada uğursuz futbol karyerasından sonra ölkəsinə qayıdaraq hərbi birliklərdən birinin komandiri olmuşdu.

Milli.Az