Avtobuslar əvvəlki hərəkət sxeminə qayıtdı

19 Oktyabr 2019 17:56

"28 May" Nəqliyyat Mübadilə Mərkəzindən keçən 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb. 

Milli.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir.

Bildirilib ki, artıq avtobuslar əvvəlki hərəkət sxemi üzrə sərnişinlərə xidmət edirlər.

Milli.Az