Roza oğlanlarına ev alıb

19 Oktyabr 2019 18:20

Müğənni Roza Zərgərli "5/5" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onunla birlikdə proqrama oğlu, aktyor Corc Qafarov da təşrif buyurub.

Sənətçi veriliş zamanı bildirib ki, oğlanları Jerar və Corc ayrı ev alıb.

"Ayrı yaşayıram. Evimiz iki otaqlıdır. Qardaşımla mən qalırıq" deyə, Corc da anasının dediyini təsdiqləyib.

Qeyd edək ki, Roza Zərgərlinin dörd övladı var. Müğənni uşaqlardan yalnız birinin genetik anasıdır.

Milli.Az