UEFA "Neftçi"ni 40 min avro cərimələdi

19 Oktyabr 2019 14:23

UEFA "Neftçi"ni cərimələyib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i "Bakcell Arena"da keçirilmiş "Neftçi" - "Bney Yehuda" oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub. Qurum bu səbəbdən paytaxt klubunu 40 min avro dəyərində cərimələyib.

Avqustun 15-i "Ha Moşava" stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırmışdı.

"Neftçi" bu mövsüm Avropa Liqasındakı çıxışı ilə UEFA-dan 780 min avro mükafat almışdı.

Milli.Az