"Maşın"ı türkiyəli apardı

19 Oktyabr 2019 09:27

"Maşın" realiti şousunun qalibi rəsmi olaraq açıqlanıb.

Milli.Az xəbər verir ki, 50 minlik avtomobilin sahibi aparıcı Suna Kasımoğlu olub.

Suna Kasımoğlu kimdir?

Suna Kasımoğlu 1971-ci ildə Türkiyədə doğulub. 16 ilə yaxındır Azərbaycanda yaşayan Suna xanım təqribən bir ildir bloqerlik edir.

O, "Youtube" kanalında yeməklərin hazırlanma qaydasını əyani şəkildə izləyiciləri ilə bölüşür.

Suna dəfələrlə Azərbaycanı və Azərbaycan yeməklərini çox sevdiyini dilə gətirib. Yeməklərimizi yeməkdən başqa Kasımoğlu bu 16 ildə onların hazırlanma qaydasını da yetərincə öyrənib.

İsmayıl
Milli.Az