Təyyarə avtomobillə toqquşdu, pilot öldü

18 Oktyabr 2019 20:37

ABŞ-ın Viskonsin ştatında yüngülmühərrikli təyyarə eniş edərkən avtomobillə toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində pilot yerindəcə ölüb.

"Pikap" avtomobilinin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı deyilir.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az