Moskvada uşaq evi yandı, 80 azyaşlı təxliyə olundu - VİDEO

18 Oktyabr 2019 20:11

Moskvada uşaq evində yanğın olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda reabilitasiya mərkəzindən 80 azyaşlı təxliyə edilib. Hadisə yerində yanğınsöndürənlər işləyir. Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) yanğının səbəbini araşdırır.

Xəsarət alanların olmadığı bildirilir.

Milli.Az