MSK sədri: "Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur"

18 Oktyabr 2019 17:36

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə görmürük.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, seçkilərin keçirilməsi sahəsində Azərbaycanın geniş təcrübəsi var. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı bütün müvafiq tədbirlər, o cümlədən maarifləndirmə işləri lazımi qaydada həyata kerçiriləcək. M.Pənahov əlavə edib ki, seçkilərlə bağlı bütün əhəmiyyətli məqamlar KİV tərəfindən cəmiyyətə çatdırılır.

Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

Milli.Az