Qeyri-adi "Qüdrət narı": möcüzəvi təsiri - Azərbaycanda yetişir

18 Oktyabr 2019 23:00

Qırmızı nardan fərqlənən sarı və uzunsov qüdrət narının vətəni Hindistandır. Azərbaycanda da bu ağac Göyçayda nar bağlarında var.

Bu nar növü, əczaçılıq sahəsində geniş istifadə olunur. Qüdrət narı bol su və günəşlə təmin olunarsa, onun hətta dibçəkdə də yetişdirmək mümükündür. Yazın əvvəlində böyüyüb meyvə verən bitkinin suyu acı olduğundan, onu yetəri qədər yetişməmiş yemək mümkün deyil. Payızda toplanan meyvələrindən yağ hazırlanmasında istifadə olunur. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, əksər xəstəliklərin müalicəsində istifadə edilən nar, həm də kolit, qastrit kimi mədə və bağırsaq pozulmalarına da güclü təsir edir.

Həzm xəstəlikləri üçün yaxşıdır

İkinci beyin hesab olunan bağırsaqlar üçün də çox faydalıdır. 
Mütəxəssislər gündə bir qaşıq nar, bal və zeytun qarışımının bağırsaqlardakı qəbizlik probleminin həll edəcəyini deyir. 

Şişlərin qarşısını alır 

Bəzi araşdırmalara görə, qüdrət narının faydalarından biri də şişin qarşısını almaq və hüceyrə sağlamlığını qorumaqdır. Döş xərçəngi hüceyrələrində xüsusilə təsirli olduğu deyilir. Təbii antibiotikdir. Antibiotikədə olan bütün maddələr bu bitkidə mövcuddur. Eyni zamanda bədən ağrıları üçün də olduqca yaxşı təsirləri vardır. 

Yanıqları müalicə edir 

Qədim zamanlarda insanların yanıqları müalicə etmək üçün bu nardan istifadə etdiyi məlumdur. 
İmmunitet sistemini gücləndirir

E vitamini, proteinlə zəngindir və immunitet sistemini gücləndirir. Daxilə yol alan viruslara qarşı bir növ qalxan funksiyasını yerinə yetirir. Xəstəliklərə tutulma riskini azaldır. İltihab əleyhinə təsirə malikdir. 

Qaraciyərə faydalıdır 

Bu nar orqanizmdə ən çox qaraciyər üçün ən faydalıdır. Qaraciyərin bərpasında və təmizlənməsində mühüm rol oynayır. 

Dəri xəstəlikləri üçün də yaxşıdır və bədəndəki yağları azaldır. Qan hüceyrələrini tarazlaşdırır. Çox miqdarda yeyildikdə bu nar qanda olan toksinləri çıxararaq, qan hüceyrələrini yeniləyir.

Bu şəkildə qan şəkərinin səviyyəsi də normallaşır və diabet xəstələri tərəfindən asanlıqla istehlak olunur. 

Revmatizm və varikoz həlli

Nar revmatizm və varikoz damarları üçün çox faydalıdır. İnsanlara revmatik ağrıları aradan qaldırmaqda da kömək edir.

Milli.Az