Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq

18 Oktyabr 2019 17:27

Sabahdan Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov məlumat verib

O bildirib ki, oktyabrın 19-dan bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi başlayacaq.

Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda bələdiyyə seçkiləri bu il dekabrın 23-nə təyin edilib.

Milli.Az