Bələdiyyə seçkilərinin TARİXİ açıqlandı

18 Oktyabr 2019 16:31

Azərbaycanda bələdiyyə seçkilərinin tarixi müəyyən edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.

İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov vurğulayıb ki, ötən bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də baş tutub və bu ilin dekabr ayının 23-də bələdiyyə üzvlərinin səlahiyyətləri başa çatır.

M.Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab etdiyini vurğulayaraq təklifi səsə qoyub.

Təklif MSK üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Milli.Az