Əfqanıstanda namaz vaxtı məscidə raket atdılar: 30-dan çox ölü

18 Oktyabr 2019 15:55

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində məscidə cümə namazı zamanı bir neçə raket atılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışlar nəticəsində 31 nəfər həlak olub.

50-yə yaxın yaralının olduğu deyilir.

Hücumlarla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Milli.Az