"Barselona"nın futbolçuları Kataloniyadakı tətilə qoşulacaq

18 Oktyabr 2019 16:09

"Barselona" futbol komandasının müdafiəçisi Jerar Pike və hücumçu Usman Dembele Kataloniyada etiraz edənlərə həmrəylik əlaməti olaraq bugünkü məşqi şənbə gününə təxirə salıblar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pike və Dembele diskvalifikasiyaya görə İspaniya Premyer Liqasının 9-cu turunun səfər matçında Eibar komandası ilə sabah keçiriləcək oyunu buraxmalı olacaqlar. Usman Dembele əvvəlki oyunda qırmızı kart alaraq meydandan qovulub.

İspaniya La Liqasında X turun "Barselona" - "Real" matçı dekabrın 18-nə təxirə salınıb. Buna səbəb Kataloniya paytaxtındakı etiraz və çaxnaşmalardır.

Xatırladaq ki, bu gün Kataloniya muxtar vilayətində ümumxalq tətili keçiriləcək. Küçələrə yüz minlərlə nümayişçinin çıxacağı gözlənilir.

Milli.Az