Zidan Poqbayla görüşdü - FOTO

18 Oktyabr 2019 19:56

"Mançester Yunayted"in futbolçusu Pol Poqba ilə "Real"ın baş məşqçisi Zinəddin Zidan görüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onlar milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı Dubayda istirahət edərkən görüşüblər. Bu isə fransız yarımmüdafiəçinin Madrid klubuna keçəcəyi haqda söz-söhbrləri daha da artırıb.

Qeyd edək ki, "Real" bu yay Poqbanı transfer etmək istəsə də, keçid  alınmayıb.

Milli.Az