"Maşın” realiti-şounun qalibi məlum oldu, amma...

18 Oktyabr 2019 13:21

"Maşın" realiti-şounun qalibi məlum olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Maşın"da finala qalan Lalə Mustafayeva ilə Suna Qasımoğlundan biri əlini maşından çəkib.

Qalibin kimliyi bu gün axşam saat 22:00-da ATV-nin canlı efirində açıqlanacaq.

Qeyd edək ki, ötən gecə müğənni Ramal İsrafilov qayda pozduğu üçün şounu tərk edib.

Milli.Az