Şəkidə 16 yaşında hamilə qalan qızla bağlı - TƏFƏRRÜAT

18 Oktyabr 2019 11:26

Şəki şəhərində yetkinlik yaşına çatmayan qızın ailəli olduğu müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə gətirilən 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızının Şəki rayonunun Suçma kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Bilal Möhəbbət oğlu ilə ailəli olduğu, lakin qız yetkinlik yaşına çatmadığı üçün nikahsız yaşadığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.

Milli.Az