Kardi B-yə sevgilisindən milyonluq hədiyyə - FOTO

18 Oktyabr 2019 20:15

Dünyaca məşhur repçi Kardi B-yə ad günündə həyat yoldaşından bahalı hədiyyə alıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ifaçının özü kimi reper olan sevgilisi ona ad günündə 100 karatlıq almaz üzük hədiyyə edib.

Yaxtada ziyafət verən Kardi B-yə sevgilisi Offset boşqabın içində üzük verib.

4 milyon dollar dəyərindəki bu almaz ''titanik almaz''ı adlanır.

Offset üzüyü 9 ay öncədən sifariş verdiyini bildirib.

Qeyd edək ki bir övladları olan cütlük bahalı həyat tərzi ilə tez-tez gündəmə gəlir.

Milli.Az