"Azərbaycanda həcilərin 90%-i "maşennik", yalançı, alkaş, oğru, "bandit"dir"

18 Oktyabr 2019 10:23

Fitnes ustası Kamil Zeynallının son açıqlaması sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Milli.Az xəbər verir ki, azxeber.com-a müsahibə verən idmançı hacılarla bağlı sərt ifadələr işlədib.

"Özləri bilirlər həcilər nədirlər? İnan Allaha, özləri güzgüyə baxırlar və görürlər ki, həci adı onlara yaraşmır.

Sadəcə, gedirlər. Yaxşı edirlər. Allahın evidir. Hər müsəlmanın borcudur getmək. Amma Azərbaycanda həcilərin 90%-i "maşennik", yalançı, alkaş, oğru, "bandit"dir", - K.Zeynallı deyib.

Kamil müsahibədə həbsxanaya düşməsindən də danışıb: "Hər yerin öz qayda-qanunu var. İnsan hansı mühitə düşdüsə, oranın qayda-qanununa riayət etməlidir. Türmədə yaxşı oğlanlar var, onların da qoyduğu qanunlar var. 
 
Kamil həyat yoldaşı Gülay Zeynallı ilə münasibətlərindən də danışıb: "Gülayla bir Göyçayda qonşu olmuşuq. O, məni efirdə görüb, mən də həmçinin. Aramızda xırda şeylər üstündə də mübahisələr düşür. 
 
Kamil deyib ki, sosial şəbəkələrdə, xüsusən Youtube-da söyüş yazanların 80%-i kişi deyil: "Kiminsə başı üçün deyil ki, Gülaya artıq-əskik nəsə yazsın. Nəinki öz, heç nəsillərinin də başı üçün deyil bunu etmək".

Milli.Az