Şvartsnegger və Hemilton qırmızı xalçada öpüşdülər - FOTO

18 Oktyabr 2019 20:26

Londonda "Terminator: Qaranlıq talelər" fantastik döyüş filminin təqdimatı baş tutub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, təqdimatda məşhur aktyorlar Arnold Şvartsnegger, Linda Hemilton, Makkenzi Devis, Qabriel Luna və rejissor Tim Miller iştirak ediblər.

1984-cü ildə çəkilmiş birinci "Terminator"da da birlikdə rol alan Şvartsnegger və Hemilton qırmızı xalçada qucaqlaşıb, öpüşüblər.

"Terminator: Qaranlıq talelər" məşhur franşizanın 6-cı filmidir. Filmdə Sara Konnor yenidən planetə görə mübarizə aparır.

Milli.Az