Millimiz Moldova ilə iki oyun keçirəcək

17 Oktyabr 2019 23:27

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi moldovalı həmyaşıdları ilə yoxlama oyunları keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Komandaların oktyabrın 23 və 25-də üz-üzə gələcəyi bildirili. Hər iki oyun Vadul luy Vode şəhərində keçiriləcək.

Milli.Az