Ərdoğan ABŞ-ın vitse-prezidentini pərt etdi

17 Oktyabr 2019 21:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankaradakı iqamətgahında ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüş zamanı qarşı tərəfi soyuq qarşılayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Türkiyənin Suriyada həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatı ilə bağlı Ankaraya gələn Pens Ərdoğana sarılmaq istəsə də, türkiyəli lider onunla əllə görüşməklə kifayətlənib.

Həmin anlar sosial şəbəkələrdə izlənilmə rekordu qırıb.

Milli.Az