Texniki Universitetdən şok AÇIQLAMA - İstanbulda güclü zəlzələ olacaq

17 Oktyabr 2019 19:24

İstanbul Texniki Universitetinin geologiya fakültəsinin mütəxəssisləri İstanbulda azı 5,8 bal gücündə zəlzələ ola biləcəyini proqnozlaşdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların İstanbulun Asiya hissəsində ola biləcəyi və böyük dağıntılara səbəb olacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib, 450-dən çox tikiliyə ziyan dəyib.

Qeyd edək ki, Türkiyə seysmik cəhətdən fəal ərazidə yerləşir.

Milli.Az