İradə İbrahimovanı məşhür türk ulduzlarının musiqiçiləri müşayiət edib
14 Aprel 2010 17:49
Müğənninin Milli.Az xəbər portalına bildirdiyinə görə, onu İbrahim Tatlısəs, Özcan Dənizi müşayiət edən "Yaylı" qrupu skripka, alt, violonçel və viola alətlərində müşayiət ediblər. Eyin zamanda Sezen Aksunun musiqiçilərindən olan Altan Turanın pərdəsiz gitarada ifası mahnıda yerini alıb.
Aranjeman işi Yaşar Baxışa məxsus olan mahnıya hələki dəqiq ad seçilməyib. Yaxın günlərdə İstanbuldan Bakıya gəlməyi düşünən İradə xanım yaradıcılıq işi ilə bağlı mətbuata daha yeni məlumat verəcəyini qeyd edib.
Leyla
Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
