Misirdə iyirmidən çox möhürlənmiş sarkofaq aşkarlanıb

18 Oktyabr 2019 00:45

Arxeoloqlar Misirin Luksor şəhərindən cənubda 20-dən çox möhürlənmiş taxta sarkofaq aşkarlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Misirin Qədim Tarixi üzrə Nazirliyi məlumat yayıb.

Sarkofaqlar Asasif nekropolunda aparılan qazıntılar zamanı tapılıb. Onlar yaxşı qaldığından üzərindəki rəngarəng şəkillər və yazılar aydın görünür. Qədimdə həmin yerdə Qərbi Fiva fironlarının paytaxtı yerləşirdi. Tədqiqatçılar bu ərazilərdə çox sayda sərdaba və digər qədim abidələri üzə çıxarıblar.

Milli.Az