Ərdoğan Rusiyaya səfər edəcək

17 Oktyabr 2019 07:25

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının əlaqələr üzrə İdarəsinin məlumatında deyilir.

Məlumata əsasən, T.Ərdoğanın Rusiyanın Soçi şəhərinə səfəri oktyabrın 22-si baş tutacaq.

Səfər çərçivəsində Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə görüşəcək.

Milli.Az