Sumqayıtda qızıl oğruları tutulub

16 Oktyabr 2019 23:20

Sumqayıtda qızıl oğruları tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də şəhər ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - B.Mehdiyev və əvvəllər məhkum olunmuş N.Şirinov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az