Bakıda kombi oğrusu tutuldu

16 Oktyabr 2019 23:34

Bakıda kombi oğrusu tutulub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki evlərin birindən kombi aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Muradov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Ə.Çobanovanın velosipedini oğurlaması da müəyyən edilib.

Milli.Az