Qəzzafi hansı saatları sevirdi? - FOTO

11 Noyabr 2011 19:47
O, bahalı saat brendlərini də çox sevirdi.

Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, hakimiyyətə gəldiyi ilk illərdə o, "Rolex" markasına üstünlük verirdi.

Hakimiyyətinin 40-cı ilində isə Qəzzafi "Chopard" brendinə unikal sifariş verdi. O, 250 eksklüziv saat modeli üçün 7,5 milyon dollar ödədi.

Qəzzafi bahalı saatları həvəslə gəzdirdiyi təki, belə saatları hədiyyə verməyi də sevirdi.
O, tibb bacılarına siferblatında portreti olan qızıl saatlar vermişdi.

Hər il sentyabrın 1-də, hakimiyyətə gəldiyi gündə o, dövlət məmurlarına qızıl saatlar bağışlayırdı.

"Zodiac", "Movado" və "Cartier" modelli, siferblatlarında Qəzzafinin portretləri olan saatlar da Liviyada nadir əşya deyil.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.