Əfqanıstanda terror: 2 hərbçi öldü, 26-sı yaralandı

16 Oktyabr 2019 11:32

Əfqanıstanın Laqman əyalətində minalanmış yük maşınının partlaması nəticəsində 2 hərbi qulluqçu həlak olub, daha 26 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış polis binasının yaxınlığında baş verib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az