Rusiya bu qərardan sonra 7,7 milyard dollar itirdi

16 Oktyabr 2019 12:57

Rusiya valyuta ehtiyatlarındakı dolları avro, yuan və qızılla əvəz etmək qərarını verdikdən sonra 7,7 milyard dollar itirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu məlumatı "Blumberq" agentliyi yayıb. Agentlik Moskvanın dedollarizasiya nəticəsində yaranan itkiləri qızıla yatırımlar edərək, qismən kompensasiya edə biləcəyini bildirib.

Qeyd edək ki, hazırda Rusiyanın Avropa Birliyinə ixracatda avro ilə hesablaşma payı 32%-dən 42%-ə yüksəlib. Ölkənin rezervlərinin isə 40%-i hazırda qızılla saxlanılır. Bu da 2000-ci ildə bu yana qeydə alınan ən böyük rəqəmdir.

Milli.Az