"Laz Ziya" öldü

11 Noyabr 2011 17:05
"Kurtlar Vadisi" serialının əfsanəvi obrazlarından olan Laz Ziya rolunu canlandıran aktyor İstemi Betil vəfat edib. Milli.Az xəbər portalının "Pana Film" şirkətinin internet saytına istinadən verdiyi məlumata görə, tanınmış aktyor 68 yaşında dünyasını dəyişib. Teatr aktyoru olan İstemi Betil Azərbaycan tamaşaçılarının yaddaşında "Laz Ziya" kimi qalıb.

İstemi Betil 21 dekabr 1943-cü ildə anadan olub. O, bir sıra əcnəbi filmləri türk dilində səsləndirib.

Milli.Az