Gürcüstanda zəlzələ olub

15 Oktyabr 2019 23:58

Oktyabrın 15-də axşam saatlarında Gürcüstanın İmereti regionunda 4,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 18:57-də Xaraqauli qəsəbəsindən 8 kilometr aralıda Çalxeeti kəndində qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilmir.

Milli.Az