Prezident İlham Əliyev Nursultan Nazarbayevə "Türk dünyasının Ali Ordeni"ni təqdim edib - FOTO

15 Oktyabr 2019 17:09

Oktyabrın 5-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvəsi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, VII Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Türk dünyasının Ali Ordeni"ni Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevə təqdim edib.

Milli.Az