Türkiyəyə hücum edildi: ölən və yaralılar var

15 Oktyabr 2019 15:57

Türkiyə ordusunun Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra terrorçular Türkiyə ərazisini top atəşinə tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, PKK/YPG terrorçuları Suriyanın Haseke vilayətindən Mardin vilayətinin Qızıltəpə rayonuna top mərmiləri atıblar.

Nəticədə 2 nəfər Türkiyə vətəndaşı şəhid olub, 12 nəfər isə yaralanıb.

Milli.Az