Meizu 16T smartfonu satışa çıxarılacaq

17 Oktyabr 2019 22:40

Meizu oktyabrın 23-də yeni smartfonunu təqdim edəcək, söhbət böyük ekran və tutumlu batareyaya sahib olan Meizu 16T adlı cihazdan gedir.

Milli.Az ted.az-a istinadən bildirir ki, yenilik Snapdragon 855 vahid sisteminin bazasında qurulacaq. Təqdimatdan çox əvvəl, Çinin onlayn mağazaları artıq cihaz üçün əvvəlcədən sifariş qəbul etməyə başlayıblar, üstəlik, qiyməti də dərc ediblər.

Çin sosial şəbəkəsi Weibo-da yerləşdirilən ekran görüntülərinə görə, Meizu 16T-nin başlanğıc qiyməti təxminən 350 dollar olacaq. Bu versiya 128 GB fləş yaddaş ilə təchiz ediləcək.

Meizu tərəfindən nəşr olunan rəsmi poster də qiyməti təsdiqləyir.

Smartfon 6,5 düym diaqonallı displey əldə edəcək, ekranın göstəricisi 2232x1080 piksel, operativ yaddaşın həcmi 6 GB-a bərabər olacaq. Əsas kamerada 12, 10 və 5 Mp-lik görüntü ötürücülərin quraşdırılacağı, ön kameranın isə 16 Mp-ə bərabər olacağı planlaşdırılır.

Meizu 16T qutudan Android 9 Pie-ın idarəetməsi ilə işləyəcək.

Milli.Az