ZTE şirkəti qiyməti ucuz olan Blade A7s smartfonu təqdim edib

17 Oktyabr 2019 23:40

Məşhur Çin markası ZTE aktual xüsusiyyətlər əldə edən ZTE Blade A7s smartfonunun yeniliyini buraxdığını elan edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, qurğunun baza versiyasında qiyməti 110 dollar təşkil edir. Həmçinin bildirilir ki, tezliklə qaceti ABŞ bazarında əldə etmək mümkün olacaq. Yeni ZTE Blade A7s modeli 6,09 düymlük yüksək göstəricili ekran alıb. Ekranın yuxarısında ön kameranın yerləşdiyi kəsik var.

ZTE Blade A7s smartfonunun yeniliyi 4 GB RAM ilə güclü MediaTek Helio P22 çipinə malikdir. Təklif olunan cihaz 64 GB daimi yaddaşla təchiz edilib. Avtonom əməliyyatı isə 4000 mAs gücündə olan batareya təmin edir.

Milli.Az