Ucuz Suzuki krossoverinə ajiotajlı tələbat var

17 Oktyabr 2019 21:50

Yaponiyanın Suzuki şirkəti ötən ayın sonundan etibarən ucuz Suzuki S-Presso krossoverinin satışına başlayıb. İlk on gün ərzində sifariş üzrə 10 mindən artıq müştəri əldə edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu avtomobil Yaponiya brendinin ən ucuz avtomobili adını almaq niyyətində deyil, lakin yenilik müştərilər tərəfindən yüksək tələbata malikdir. İstehsalçı keçən il nümayiş etdirilən Future-s konseptinin qabaqcıl dizaynını bu modelə cəlb edib.

Avtomobilin kapotunun altında 68 at gücünə malik 1 litrlik benzin mühərriki quraşdırılıb. Yenilik, həmçinin ön sürücü, inkişaf etmiş təhlükəsizlik variantları və rəqəmsal cihaz paneli də alıb. Hindistan bazarında krossoverin qiyməti 369 min rupidir.

Milli.Az