40 milyon avroluq kokain tutuldu
14 Aprel 2010 17:19
Milli.Az xəbər portalı beynəlxalq xəbər agentliklərinə istinadən bildirir ki, alman polisi Paraqvaydan qeyri-qanuni yolla gətirilən külli miqdarda narkotik vasitə aşkarlayıb. Yeddi konteynerə yüklənmiş ton yarım narkotik vasitə Hamburqda dəniz limanında aşkarlanıb. Narkotik vasitənin müsadirəsi üçün keçirilən əməliyyatda 200-dən çox polis iştirak edib. Tutulan kokainin qara bazarda dəyəri 40 milyon avroya bərabərdir. Faktla bağlı 7 nəfər barəsində cinayət işi açılıb.
Milli.Az