Putin kral Salmana qızılquş hədiyyə etdi

14 Oktyabr 2019 20:39

Səudiyyə Ərəbistanında səfərdə olan Rusiya Prezidenti Vladimir Putin kral Salman bin Əbdüləziz əl Səuda Kamçatka qızılquşu hədiyyə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, V.Putin bu yırtıcı quşların Kamçatkada xüsusi olaraq yetişdirildiyini deyib.

Rusiya prezidenti dişi qızılquşa Alfa adının verildiyini bildirib.

Kral Salman bunun əvəzində V.Putinə şəkil hədiyyə edib.

Milli.Az