İş adamına ərə gedən müğənnimiz ana olacaq - FOTO

14 Oktyabr 2019 20:59

Müğənni Leyla Ramazanlı ana olmağa hazırlaşır.

Milli.Az Lent.az-a istinadən bildirir ki, bu il aprelin 12-də iş adamı ilə ailə quran müğənni hamiləliyinin sonuncu aylarını yaşayır. Hamiləlik şəkillərini və videosunu sosial şəbəkədəki səhifəsində paylaşan müğənnin görüntüləri izləyiciləri tərəfindən bəyənilib.

Qeyd edək ki, 1988-ci ildə anadan olan L.Ramazanlı 1985-ci il təvəllüdlü Kamran Aydınovla ailə qurub.

Milli.Az