Suriyada İŞİD həbsxanasının FOTOları - Türkiyə yaydı

14 Oktyabr 2019 20:49

Tel Abyadda olan və YPG terrorçularının azadlığa buraxdığı İŞİD üzvlərinin saxlanıldığı həbsxananın fotoları yayılıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyənin nəzarətə götürəcəyi həbsxananın boş olduğu müəyyən edilib.

Qeyd edək ki, Türkiyə müdafiə naziri Hulusi Akarın sözlərinə görə, onlar İŞİD üzvlərinin saxlanıldığı həbsxanasına getdiyi zaman oradakı məhkumların YPG tərəfindən boşaldıldığını və qaçrıldığını müəyyən görüblər.

Milli.Az