"Bu qədər də haqsızlıq olmaz!" - Rəşad Sadıqov

14 Oktyabr 2019 14:51

"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyununda (0:1) üzləşdiyi haqsızlığa münasibət bildirib.

Milli.Az xəbər verir ki, yığmanın keçmiş kapitanı özünün rəsmi "Instagram" səhifəsində Bəhlul Mustafazadənin sayılmayan qol epizodunu paylaşaraq, qeyd edib: "Daha bu qədər də haqsızlıq olmaz!"

Matçın 90+3-cü dəqiqəsində Bəhlul Mustafazadə topu rəqib qapısından keçirsə də, oyunun niderlandlı hakim Dennis Hiqler onun əllə oynadığını əsas gətirərək, qolu qeydı almayıb. Epizodun təkrarında referinin səhvə yol verdiyi görünüb.

Milli.Az