Bakıda fəaliyyət göstərən məşhur klinika "Atlas Medical Center" 70 minlik borcuna görə məhkəməyə üz tutub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, klinika 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldırıb.
"Atlas" klikinasının ərizəsində qeyd olunub ki, "Azərsu" tərəfindən əsassız olaraq hesablanmış 69 min 336 manat borcun silinməsini və "Azərsu"nun bu hərəkətlərinin qanunsuz hesab edilməsini istəyib. Lakin məhkəmə prosesinə heç bir tərəfin nümayəndəsi gəlməyib.
Buna görə də iddia baxılmamış saxlanılıb.
Milli.Az