Təzyiq, piylənmə, xərçəng... - GÖYƏRÇİN ƏTİNİN FAYDALARI

14 Oktyabr 2019 23:33

Bəzi canlıların əti insan orqanizmi üçün çox faydalıdır. İnsan ət yeməsə, orqanizmi zəif düşər və viruslara yoluxma riski artar.

Göyərçin də bu canlılar arasındadır. Fərqli-fərqli növləri olan göyərçinlərin hamısının əti yeməli deyil. Göyərçin ətini yemək üçün yumurtadan çıxdıqdan sonra 28 gün gözləmək lazımdır.Bu müddətdən sonra yeyilməsində heç bir narahatlıq yoxdur.

Əti isti və sulu olur. Göyərçin əti ingilis və fransız mətbəxinin ana menyusuna daxildir.

Milli.Az medicina.az-a istinadən göyərçin ətinin faydalarını təqdim edir:

- İmmunitet sistemini gücləndirir
- Qan təzyiqini stabil saxlayır
- Mədə-bağırsaq funksiyasını normallaşdırır
- Piylənmə vermir
- Orqanizmi xəstəlik və ya əməliyyatdan sonra ən qısa müddətdə bərpa edir
- Xərçəng hüceyrələrinin inkişafına mane olur

Göyərçin əti proteinlə zəngindir. Tərkibindəki proteinin miqdarı toyuq ətindəkindən 8% çoxdur. 100 qr göyərçin ətinin 1-2%-ni yağ təşkil edir. Kalori dəyəri bişmə üsuluna görə dəyişir. Lakin orta hesabla 100 qr bişmiş göyərçin ətinin kalori dəyəri 120-140 kkal-dır.

Milli.Az