“Maşın Kəmalənindir” - Qalmaqallı açıqlama

14 Oktyabr 2019 12:07

Müğənni Rəqsanə İsmayılova İnstaqram "Live"da qalmaqallı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Show news"un paylaşdığı görüntülərdə ifaçı qalibin Kəmalə olacağını bildirib:

"Niyə Kəmalənin "Maşın"dan əlini çəkməyini vermədiniz? Niyə pul alıb, sildiniz? Əgər düzgünlük varsa, onu edin. Həqiqət nədir, onu deyirəm. Hər zaman həqiqət olan yerdə oldum. Yaxşı "day-day"ın olmalıdır, səni saxlayan imkanlı kişin olmalıdır. Restoranı, oteli, klinikası olsun. Arxanda dursun, sənə pul buraxsın. Həqiqət budur. Lalə də, Türkan da, ay bala, özünüzü qırmayın. O maşın Kəmalənindir. Qorxmuram, qorxsam, çıxıb yayımlamaram".

Milli.Az