"Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı" - Marko Rossi

13 Oktyabr 2019 23:14

"Yetmiş beş dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən, qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhəəsində evdə millimizə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
 
İtaliyalı mütəxəssis hamının Azərbaycan millisinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb: "Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar".

Rossi Xorvatiya ilə oyuna görə tənqid olunmalarına da diqqət çəkib: "Həmin görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik".

Milli.Az