ABŞ Suiyanın şimalındakı əsgərlərini geri çəkdi

13 Oktyabr 2019 18:56

ABŞ Suriyanın şimalındakı əsgərlərini ölkənin cənubuna göndərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Mark Esper bildirib. Hərbçilərə Suriyanın cənubuna getmək, ancaq ölkədən çıxmamaq tapşırılıb.

Esper Türkiyə Silahlı Qüvvələrinin başladığı "Sülh çeşməsi" hərəkatının ABŞ ordusu üçün "müdafiəolunmaz" hala gəldiyini, bu səbəbdən ölkənin şimalını təkr etməli olduqlarını bildirib. Suriyanın şimalından 1000-dək hərbçi tərk edib.

Milli.Az